Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Görmə qüsurlu insanlar üçün genişlənmiş reallıq eynəkləri istifadəyə veriləcək
27.08.2019 11:20
  • A-
  • A
  • A+

Görmə qüsurlu insanlar üçün genişlənmiş reallıq eynəkləri istifadəyə veriləcək

Amerikalı alimlər görmə zəifliyindən əziyyət çəkən insanlara kömək etmək məqsədilə genişlənmiş reallıq eynəkləri hazırlayıblar.

scientificrussia.ru saytının məlumatına görə, tədqiqatçılar bu eynəklər vasitəsilə retinit piqmentozu kimi göz xəstəliyindən əziyyət çəkən pasientlərdə hərəkətliliyin 50%, məhsuldarlığın isə 70% yaxşılaşacağını müəyyənləşdiriblər.

Mütəxəssislər bildirirlər ki, eynək, həmçinin məhdud periferik görmə qabiliyyəti olan insanlara çətin mühitləri şərh etməyə kömək edən vizual rəng siqnalları verir.  O, zəif işıqlandırılan yerlərdə maneələrin qarşısını alır.

  • Paylaş: