Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Hüseyn Cavid yaradıcılığı Oman Sultanlığında tədqiq olunur
06.09.2019 14:14
  • A-
  • A
  • A+

Hüseyn Cavid yaradıcılığı Oman Sultanlığında tədqiq olunur

Omanın Sultan Qabus Universitetinin Ədəbiyyat və humanitar fənlər fakültəsinin Ərəb dili və ədəbiyyatı bölməsinin müəllimi Ehsan Sadiq Məhəmməd Əlləvati və onun azərbaycanlı doktorantı Rəşad Həsənov AMEA Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyasını ziyarət ediblər.

Sultan Qabus Universitetinin doktorantı Rəşad Həsənovun doktorluq dissetrasiyası “Hüseyn Cavid və Xəlil Cübran yaradıcılığında qadın obrazlarının müqayisəsi” mövzusundadır.

Qonaqlar Hüseyn Cavidin Ev Muzeyinin arxivində olan materiallarla maraqlanıblar. Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı görkəmli şair və dramaturq Hüseyn Cavid haqqında ərəb dilli doktorluq işinin araşdırılmasına istənilən köməkliyi göstərməyə hazır olduğunu deyib.

Sonda qonaqlar muzeyin ekspozisiyasında xatirə şəkli çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: