Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Rusiya Elmlər Akademiyası ilə AMEA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
11.09.2019 11:56
  • A-
  • A
  • A+

Rusiya Elmlər Akademiyası ilə AMEA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevlə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev arasında görüş keçirilib.

REA-nın Rəyasət Heyətində baş tutan görüşdə elmi araşdırma və innovasiyalar üzrə yol xəritəsinin icrası ilə bağlı iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə, həmçinin 2020-ci ildə "Xəzəryanı dövlətlərin əməkdaşlığının yeni arxitekturası" elmi-praktik forumunun keçirilməsi, Xəzər dənizinin bioloji müxtəlifliyi və ekologiyasının öyrənilməsi məqsədi ilə birgə ekspedisiyaların təşkili, Xəzərdə seysmik şəbəkənin yaradılması, Qafqazın geodinamikasına dair məlumat bazalarının formalaşdırılması, nüvə təbabəti və kosmik tədqiqatlar sahəsində müştərək tədqiqatların aparılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Akademik İbrahim Quliyev, həmçinin Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində keçirilmiş «Газовое дыхание Земли» (“Yerin qaz ixracı”) adlı qiraətlərdə tələbə və magistranlara mühazirə oxuyub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: