Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Xəzər dənizinin problemlərinə dair beynəlxalq konfrans keçiriləcək
15.09.2014 00:00
  • A-
  • A
  • A+

Xəzər dənizinin problemlərinə dair beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 16-da saat 10:00-da AMEA-nın Əsas binasında AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi Şurası və REA Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Şuranın “Xəzər dənizi regionunun coğrafi problemləri və ərazinin dayanıqlı inkişafına nail olmanın yolları” mövzusunda XVIII birgə sessiyası keçiriləcək.

Tədbirdə Rusiya (Moskva, Sankt-Peterburq, İrkutsk, Həştərxan və s), Belorusiya, Qazaxıstan, Gürcüstan və s. ölkələrdən 50-yə yaxın alim və mütəxəssis, eləcə də Azərbaycanlı coğrafiyaçı alimlər, əlaqədar müəssisə və təşkilatların nümayəndələri iştirak edəcək.

Sessiyada Xəzər dənizi regionunun fiziki, iqtisadi-sosial, coğrafi problemləri, həmçinin Avrasiya məkanında müxtəlif coğrafi (regional və yerli) ərazilərin dayanıqlı inkişafının kompleks şəkildə geniş müzakirəsi aparılacaq.

Tədbir çərçivəsində Bakı şəhərinə ekskursiya, eləcə də tanışlıq məqsədilə Xəzər dənizinin sahilyanı əraziləri və Böyük Qafqazın Şimal-Şərq yamacına marşrutlar da təşkil olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: