Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Kainat və onun inkişaf mərhələləri" kitabı işıq üzü görüb
12.09.2019 15:48
  • A-
  • A
  • A+

"Kainat və onun inkişaf mərhələləri" kitabı işıq üzü görüb

AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədovun "Kainat və onun inkişaf mərhələləri" kitabı çapdan çıxıb.

Nəşrin elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədəliyev, rəyçiləri - fəlsəfə elmləri doktoru Aydın Əlizadə, fəlsəfə elmləri doktoru, professor Tahirə Allahyarova və fizika-riyaziyyat elmləri doktoru, professor Şakir Nağıyevdir.

Əsərdə kainatın təşəkkülü və inkişafının özünəməxsus fəlsəfi təqdimatı verilir. Həmin təqdimatda kainatın təkamülü mahiyyətin bu və ya digər dərəcədə adekvat ifadələrinin bir-birini əvəzləmə tarixi kimi verilir və bu təbiət tarixinin hər bir mərhələsi fəlsəfi rakursda diqqət mərkəzinə gətirilir.

Vəsait fəlsəfə və təbiət elmləri üzrə mütəxəssislər, ali məktəb tələbələri, müəllimlər, magistrantlar, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: