Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı və mədəni qida bitkiləri” kitabı işıq üzü görüb
18.09.2019 09:48
  • A-
  • A
  • A+

“Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı və mədəni qida bitkiləri” kitabı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, həmin institutun əməkdaşları - professor Əliyar İbrahimov, biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov, aqrar elmlər üzrə elmlər doktoru Varis Quliyev, biologiya üzrə fəlsəfə doktorları Ənvər İbrahimovTeyyub Paşayev və aqrar elmlər üzrə fəlsəfə doktoru Pərviz Fətullayevin həmmüəllifi olduqları “Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı və mədəni qida bitkiləri” kitabı çapdan çıxıb.

Naxçıvanın müxtəlif torpaq-iqlim şəraiti üçün məhsuldar, yüksək kefiyyətli, biotik və abiotik amillərə qarşı davamlı sortların əkilərək artırılması, yeni yaradılmış sortların fermer təsərrüfatlarına sürətlə tətbiq olunması hesabına məsuldarlığın yüksəldilməsi və yeni intensiv tipli, keyfiyyətli sortların tətbiq edilməsi, bu diyarda buğda bitkisinin orta məhsuldarlığının yüksəldilməsi, əhalinin ərzaq məhsullarına olan tələbatının daxili istehsal hesabına təmin edilməsi aparılan tədqiqatın əsas məqsədi olub.

Nəşrdə Bioresurslar İnstitutunda öyrənilən və təcrübədə sınaqdan keçmiş, tətbiqyönümlü perspektivli yabanı və mədəni qida bitkilərinin genofondunun elmi əsaslarla kompleks tədqiqinin nəticələri əks olunub.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Elşad Qurbanov, rəyçiləri AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və biologiya üzrə elmlər doktoru Aydın Əsgərovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: