Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İqtisadiyyat İnstitutunda çinli alimlərlə görüş keçirilib
19.09.2019 16:38
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda çinli alimlərlə görüş keçirilib

Çin İctimai Elmlər Akademiyasının Beynəlxalq İqtisadiyyat və Siyasət İnstitutunun baş elmi işçisi, professor Şao Fen və elmi işçisi Van Ley AMEA-nın İqtisadiyyat İnstitutunda olublar.

İnstitutun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanovla görüşdə müəssisənin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən yeni layihələr, çinli alimlərlə birgə nəşr olunan və çapa hazırlanan kitablar haqqında məlumat verilib.

Bundan əlavə, Azərbaycanla Çin arasında elmi, mədəni və iqtisadi əməkdaşlıq məsələləri, birgə elmi layihələrin və tədbirlərin keçirilməsi imkanları, eləcə də bu yaxınlarda Çində keçirilən "Avrasiya İqtisadi Forumu – 2019" barədə müzakirələr aparılıb.

Qeyd edək ki, çinli alimlərin ölkəmizə səfəri sentyabrın 24-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: