Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-nın Yüksək Texnologiyalar Parkında rezidentlərlə görüş keçirilib
19.09.2019 16:29
  • A-
  • A
  • A+

AMEA-nın Yüksək Texnologiyalar Parkında rezidentlərlə görüş keçirilib

AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Fətəli Abdullayev AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidentləri olan “Buta Armor” və “EPC Group” MMC-nin rəhbərləri ilə görüşüb.

Məqsəd YT Parkın rezidentlərinin istehsal etdikləri və gələcəkdə istehsalı nəzərdə tutulan məhsullar barədə məlumatlandırılması, birgə əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Görüşdə bildirilib ki, YT Parkda rezidentlər üçün yaradılan infrastruktur təminatı, vergilərdən və gömrük rüsumlarından azadolmalar onlara investisiya xərclərinə qənaət etməyə imkan verir ki, bu da istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsi, eləcə də keyfiyyətin yüksəldilməsinə şərait yaradır.

Daha sonra “Buta Armor” və “EPC Group” MMC-nin rəhbərləri təmsil etdikləri müəssisələrin fəaliyyəti barədə çıxış edib, mövcud və gələcək layihələrə dair fikir mübadiləsi aparıblar.

Görüşdə YT Parkın direktoru, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Samir Məmmədov və qurumun direktor müavini Məmməd Bağırzadə də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: