Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA ilə Xızı Dayaq Məntəqəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
20.09.2019 09:46
  • A-
  • A
  • A+

AMEA ilə Xızı Dayaq Məntəqəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC-nin və Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Xızı Dayaq Məntəqəsində olublar.

Akademiyanın əməkdaşları torpaqların mühafizəsi, münbitliyin artırılmasına dair mövcud standart və normativlərə əməl olunması vəziyyəti ilə tanış olublar.

“Elm və Texnologiya Parkı” MMC-nin direktoru Cavid Şahmuradov pilotsuz uçuş aparatları ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən analitik xidmətlər barədə məlumat verib.

Sonra Xızı Dayaq Məntəqəsinin mütəxəssisləri ilə qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: