www.science.az
01.10.2019 14:15

AMEA-nın müxbir üzvü Şahvələd Xəlilovun 80 illiyinə həsr olunan tədbir keçiriləcək

Oktyabrın 3-də saat 11:00-da AMEA-nın Əsas binasında tanınmış tədqiqatçı, coğrafiyaçı alim, AMEA-nın müxbir üzvü Şahvələd Xəlilovun anadan olmasının 80 illiyinə həsr olunan elmi sessiya keçiriləcək.

Tədbir Yer Elmləri BölməsiCoğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti,115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.