www.science.az
04.10.2019 09:24

“Akademik Məmməd Cəfər Cəfərov ədəbiyyat nəzəriyyəçisi” kitabı çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Akademik Məmməd Cəfər Cəfərov ədəbiyyat nəzəriyyəçisi” kitabı nəşr edilib.

Kitab ölkə Prezidentinin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamına əsasən çap olunub.

Nəşrin elmi redaktoru və “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Kitabda “Böyük ədəbiyyatşünaslığın ünvanı: akademik Məmməd Cəfər Cəfərov” başlıqlı irihəcmli “Ön söz”də ədəbiyyat nəzəriyyəsi elmi məktəbinin yaradıcısı, “baş cavidşünas”, “Füzuli düşünür” silsiləsinin müəllifi, ədəbiyyat tarixçiliyi elminin inkişafında xidmətləri olan akademik Məmməd Cəfər Cəfərovun bütün universallığı hərtərəfli şəkildə tədqiq edilib.

Kollektiv elmi-yaradıcılıq məhsulu olan 306 səhifəlik fundamental “Akademik Məmməd Cəfər Cəfərov ədəbiyyat nəzəriyyəçisi” kitabının tərtibçisı professor Tahirə Məmməddir. Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində yerinə yetirilən tədqiqatlar əsasında hazırlanan monoqrafiyada akademik Məmməd Cəfər Cəfərovun yaradıcılığının nəzəri parametrləri, əsasını qoyduğu elmi konsepsiyalar və onların müasir elmi fikir üçün əhəmiyyəti araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.