Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Magistratura səviyyəsi üzrə AMEA-da yeni maliyyələşmə mexanizmi tətbiq edilir
07.10.2019 10:04
  • A-
  • A
  • A+

Magistratura səviyyəsi üzrə AMEA-da yeni maliyyələşmə mexanizmi tətbiq edilir

“Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklik edilib. Bununla bağlı oktyabrın 3-də Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərarda Nazirlər Kabineti Təhsil Nazirliyinin və Maliyyə Nazirliyinin təklifləri nəzərə alınıb.

1 nömrəli əlavə ilə ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı yeni redaksiyada təsdiqlənib.

2 nömrəli əlavə ilə ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin, magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı yeni redaksiyada təsdiq edilib.

Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: