7 oktyabr 2019-cu il tarixində saat 18:00-da Beynəlxalq Muğam Mərkəzində AMEA-nın Folklor İnstitutunun dəstəyi ilə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində tədbir keçiriləcək.
Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
Tədbir çərçivəsində Qazax, Gədəbəy, Tovuz, Kəlbəcər, Borçalı aşıqları Azərbaycan Qərb aşıq məktəbindən nümunələr səsləndirəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.