Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

07.10.2019 15:45
  • A-
  • A
  • A+

Daşkənddə azərbaycanlı alimin kitabının təqdimatı keçirilib

Daşkənddə azərbaycanlı alimin kitabının təqdimatı keçirilib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin müəllifi olduğu "Akmal Nurun dəyərləri və rəssamlıq simvolları" kitab-albomunun təqdimatı keçirilib.

Nəşrdə Özbəkistan Rəssamlıq Akademiyasının sədri, Xalq rəssamı Akmal Nurun 200-ə yaxın əsəri yer alıb.

Özbəkistan Rəssamlıq Akademiyasında baş tutan təqdimat mərasimini "Sanat" jurnalının baş redaktoru, sənətşünaslıq üzrə elmlər doktoru Dilfuza Kadırova açaraq kitab-albomun hazırlanması və nəşrin yaradıcı heyəti haqqında məlumat verib.

Sonra çıxış edən Ə.Salamzadə A.Nurun yaradıcılığında Fransa, Avstriya, Rusiya və digər rəngkarlıq məktəblərinin, eləcə də orta əsrlər sufi ədəbiyyatı və müasir intellektual nəsr əsərlərinin təsirinin sezildiyini bildirib. Qeyd edib ki, görkəmli rəssamın əsərlərinin təfsirinin əsasını onun yaradıcılığındakı tematik dövrlər təşkil edir: "Akmal Nur milli ənənələrə söykənərək özünəməxsus vizual dil yaradan və sənət dünyasında inamla və möhkəm bir şəkildə mövqe qazanan şəxsdir".

Mərasimdə, həmçinin Özbəkistanın Mədəniyyət nazirinin müavini, professor Kamola Akilova, sənətşünaslıq doktoru Nigora Əhmədova və digərləri Ə.Salamzadənin son 10 ildə A.Nurun əsərlərinin araşdırmasını apardığını deyib, yeni nəşrin özbək sənətinə və tarixinə verilən mühüm töhfə olduğunu vurğulayıblar.

Sonda Akmal Nur çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: