Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Nizami Gəncəvi və "Kəlilə və Dimnə" motivləri" kitabı işıq üzü görüb
10.10.2019 08:20
  • A-
  • A
  • A+

"Nizami Gəncəvi və "Kəlilə və Dimnə" motivləri" kitabı işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə "Nizami Gəncəvi və "Kəlilə və Dimnə" motivləri" kitabı çapdan çıxıb.

Kitabın elmi məsləhətçisi Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, elmi redaktoru AMEA-nın müxbir üzvü Nüşabə Araslı, tərtibçi və "Ön söz"ün müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova, rəyçiləri, dosentlər - Zəhra Allahverdiyeva və Məsiağa Məhəmmədidir.

Kitabda dahi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında xatırlanan “Kəlilə və Dimnə” hekayələri məsnəvidəki beytlərə uyğun ardıcıllıqla toplanıb, onlardan hasil olan nəticələr incələnib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: