Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən quru ərazidə daha 5 seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur
17.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən quru ərazidə daha 5 seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur

Azərbaycan ərazisində seysmik müşahidə şəbəkəsini genişləndirmək məqsədi ilə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən quru ərazidə daha 5 telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur.

Artıq yeni stansiyaların yerlərinin müəyyən edilməsi prosesi başa çatmışdır. Belə ki, yeni seysmik stansiyalar Xızı, Daşkəsən, Neftçala, Tovuz və Ağdaş rayonlarının ərazisində tikiləcək.

Yeni stansiyaların açılması respublika ərazisində aparılan seysmoloji tədqiqatların keyfiyyətini daha da yüksəldəcək.

Hazırda ölkə ərazisində ABŞ-ın “Kinemetrks” şirkətinin istehsalı olan 35 telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyalar fəaliyyət göstərir. Bu stansiyalar vasitəsi ilə bütün dünya ölkələrində baş verən zəlzələləri qeydə almaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: