Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.10.2019 10:15
  • A-
  • A
  • A+

İranlı alimlərə Biologiya və Tibb Elmləri Bölməsinin nailiyyətləri barədə məlumat verilib

İranlı alimlərə Biologiya və Tibb Elmləri Bölməsinin nailiyyətləri barədə məlumat verilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanov İranın Təbriz Azad İslam Universitetinin rektoru, professor Əziz Cavanpour və həmin müəssisənin Azərbaycanda tibb təhsili üzrə nümayəndəsi Dr. Əmini Təbrizini qəbul edib.

Görüşdə çıxış edən Ə.Əmiraslanov BTEB-in AMEA-nın strukturundakı rolu, əsas tədqiqat istiqamətləri, xüsusilə Azərbaycanda tibbi-genetika və onkologiya sahəsindəki nailiyyətləri barədə məlumat verib. O, İran İslam Respublikasının elm və təhsil müəssisələri ilə əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu bildirib, bu münasibətlərin daha da genişlənməsində maraqlı olduğunu söyləyib.

Professor Ə.Cavanpour isə İranda və dünyada böyük nüfuza malik olan və hazırda 53 min tələbənin təhsil aldığı Təbriz Azad İslam Universiteti, onun fakültələri, elm və təhsil strategiyası, nailiyyətləri barədə məlumat verib. O, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və müəssisənin alimləri ilə keçirdikləri görüşlərin faydalı olmasından məmnunluğunu dilə gətirib.

Daha sonra BTEB-in institutları və Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası ilə Təbriz Azad İslam Universiteti arasında elmi əlaqələrin perspektivləri, birgə tədqiqatların mümkün istiqamətləri müzakirə olunub.

Sonda professor Ə.Cavanpour akademik Əhliman Əmiraslanovu Təbriz Azad İslam Universitetinə dəvət edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: