Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
14.10.2019 14:15
  • A-
  • A
  • A+

İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

Bu gün Stokholmda baş tutan xüsusi tədbirdə 2019-cu il üzrə Alfred Nobelin xatirəsinə həsr olunan, iqtisadiyyat sahəsində Nobel mükafatı laureatlarının adları ictimaiyyətə elan olunub.

Qeyd etmək lazımdır ki, digər sahələrdən fərqli olaraq iqtisadiyyat üzrə Nobel mükafatı Alfred Nobelin vəsiyyətində yer almayıb. Bu mükafat İsveç bankının 300 illiyi münasibətilə həmin bank tərəfindən təsis olunub və ilk dəfə 1969-cu ildə verilib. 

Laureatı hər il İsveç Kral Elmləri Akademiyası tərəfindən seçilən mükafat iqtisadi elmlər sahəsində ən nüfuzlu mükafat hesab olunur.

www.nobelprize.org-un məlumatına görə, bu il iqtisadiyyat üzrə Nobel mükafatı amerikalı alimlər Abirjit Banerji, Ester Düflo və Maykl Kremerə verilib. Onlar qlobal yoxsulluğun aradan qaldırılması üzrə təcrübi yanaşmalarına görə bu mükafata layiq görülüblər.

Bununla da 2019-cu il Nobel həftəsi başa çatıb.

Xatırladaq ki, bu il tibb və fiziologiya üzrə Nobel mükafatı amerikalı Villiam Kaelin və Qreq Semenzaya, həmçinin britaniyalı Sir Peter Ratcliffeyə, fizika üzrə Nobel mükafatı James Peebles, Mişel Mayor və Didier Quelozaya, kimya üzrə Nobel mükafatı amerikalı Con B.Qudinafa və onun iki həmkarına - M.Stenli Uittinqemə (Britaniya-Amerika), Akira Yoşinoya (Yaponiya), ədəbiyyat üzrə mükafat polşalı yazıçı və şairə Olqa Tokarczuk və avstriyalı yazıçı və ssenarist Peter Handkeyə, Nobel sülh mükafatı isə Efiopiyanın Baş naziri Abiy Əhməd Əliyə verilib.

Mükafatların təqdimetmə mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da keçiriləcək.

  • Paylaş: