Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu məqalə ABŞ-da çapdan çıxıb
17.10.2019 11:07
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu məqalə ABŞ-da çapdan çıxıb

Türkiyənin Yıldız Texniki Universitetinin professorları, AMEA-nın müxbir üzvü Surxay Əkbərov, Müslüm Özişık və Riyaziyyat və Mexanika İnstitutunun elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun həmmüəllifi olduğu məqalə ABŞ-ın yüksək impakt faktorlu “Computers, Materials and Continua” jurnalında işıq üzü görüb.

Dünyaca nüfuzlu jurnalda nəşr olunan məqalə "Qeyri-bircins ilkin gərginlikli "boş silindir-ətraf mühit" sistemində hərəkət edən halqa yükün dinamikası" (“Dynamics of the Moving Ring Load Acting in the System “Hollow Cylinder + Surrounding Medium” with Inhomogeneous Initial Stresses”) adlanır.

Qeyd edək ki, “Computers, Materials and Continua” jurnalı “Web of Sciences” və “Scopus” kimi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: