Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Asta hərəkət edən radio pulsar aşkar edilib
18.10.2019 10:13
  • A-
  • A
  • A+

Asta hərəkət edən radio pulsar aşkar edilib

Pulsar və ekstraqalaktik radio partlamalarının tədqiqi çərçivəsində yeni radio pulsar kəşf edilib. Məlum olub ki, bu obyekt indiyə kimi aşkarlanan bütün radio pulsarlardan daha asta dövr edir. 

Belə ki, SUPERB layihəsi çərçivəsində Avstraliyanın Parks Rəsədxanasında aparılmış müşahidələr zamanı Mançester Universitetindən Vincent Morellonun başçılıq etdiyi astronomlar qrupu “PSR J2251-3711” adlandırılmış yeni çox uzun dövriyyə müddətinə malik radio pulsar aşkar edib.

Qeyd edək ki, pulsarlar çox sürətli dövr edən və maqnit qütblərindən güclü radio dalğaları yayan maqnitlənmiş neytron ulduzlardır.

www.news.rambler.ru

  • Paylaş: