Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Kitabxanada informasiya texnologiyaları infrastrukturunun qurulması prosesi davam edir
18.06.2014 00:00
  • A-
  • A
  • A+

Mərkəzi Kitabxanada informasiya texnologiyaları infrastrukturunun qurulması prosesi davam edir

AMEA-nın Ultra Computers şirkəti ilə əməkdaşlığı çərçivəsində yeni Mərkəzi Kitabxana - İnformasiya Resursları Mərkəzində informasiya texnologiyaları infrastrukturunun qurulması prosesi davam edir. Hazırda AMEA ilə şirkət arasında 125 vahid İT avadanlığın təhvil-təslimi həyata keçirilir. Növbəti mərhələlərdə isə avadanlıqların işləməsi və bir-biri ilə inteqrasiyası yoxlanılır. Hazırda bununla əlaqədar İRM, “Ultra Computers” şirkəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun nümayəndələrindən ibarət komissiya qiymətləndirmə aparır. Şirkətin müəssisədə tətbiq etdiyi mərkəzləşdirilmiş vahid kitabxana sistemi kitabxanadaxili prosesləri və kitabxana oxucu münasibətlərini tam avtomatlaşdıracaqdır. Sistemdə oxucuların qeydiyyatı, kitabların sifarişi və alınması, oxucu yerləri üzrə hesabatlılıq, kataloqlaşdırma, arxivləşdirmə, komplektləşdirmə kimi proseslərin izlənilməsi öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: