Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 31-ci nömrəsi nəşr olunub
21.10.2019 10:19
  • A-
  • A
  • A+

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 31-ci nömrəsi nəşr olunub

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və AMEA Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 31-ci nömrəsi işıq üzü görüb.

Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda Azərbaycan, ingilis və rus dillərində tarixi-etnoqrafik oçerklər, elmi məqalələr, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin gündəliyi yer alıb.

Jurnalın baş redaktoru AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.

Jurnalın bu nömrəsində professor Vidadi Muradovun “Qalacıq və qalacıqlılar”, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədlinin “Şahdağ xalqlarının müasir etno-mədəni proseslərinə dair”, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazovun “Dağlara sığınan qala - Pirasora”, professor Camal Mustafayevin “XIX əsrin sonları – XX əsrin əvəllərində Azərbaycanda xalça məmulatı istehsalı”, Telman Musayevin “XIX əsr-XX əsrin əvvəllərində Qarabağ bölgəsində xalça məmulatı istehsalı” və s. kimi materiallar dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: