Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.10.2019 14:27
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində tələbələrin elmə maraqlarının artırılması istiqamətində görüş keçirilib

Naxçıvan Bölməsində tələbələrin elmə maraqlarının artırılması istiqamətində görüş keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda Naxçıvan Dövlət Universitetinin Tarix ixtisasının II kurs tələbələri ilə görüş keçirilib.

Əvvəlcə institutun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli sərəncamını xatırladıb. Alim təhsil və elmi müəssisələr arasında əlaqələrin gücləndirilməsinin zəruriliyini qeyd edib, hamiliyə götürülən tələbələrin elmə maraqlarının artırılmasında alim və ziyalıların üzərinə düşən vəzifələrdən danışıb. Bildirib ki, institut tərəfindən hamiliyə götürülən tələbələrlə müntəzəm görüşlərin, açıq dərslərin keçirilməsi nəzərdə tutulub.

Görüş çərçivəsində tələbələr bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyində olublar. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva “Azərbaycan tarixşünaslığında arxeologiya elminin yeri” mövzusunda məruzə ilə çıxış edib. Z.Quliyeva diqqətə çatdırıb ki, muzeyin ekspozisiyasına toplanılan eksponatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Rеspublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci ildə imzaladığı tarixi sərəncam əsasında 2006-2018-ci illərdə regionun tədqiqi zamanı əldə edilən maddi-mədəniyyət nümunələridir. 

Sonda tələbələr muzeyin eksponatları ilə tanış olub, onları maraqlandıran sualları cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: