Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Mərkəzi Elmi Kitabxanası Rusiyadan miniatür kitablar alıb
16.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Mərkəzi Elmi Kitabxanası Rusiyadan miniatür kitablar alıb

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. Dünyanın fərqli elm ocaqları və kitabxanaları ilə əlaqələr qururaq 60-dan çox ölkə və 700-ə yaxın təşkilatla kitab mübadiləsi həyata keçirən MEK müxtəlif dərgilər, dəyərli vəsaitlərlə kitab fondunu zənginləşdirir.

Bu yaxınlarda əlaqələrin davamı olaraq Rusiyada fəaliyyət göstərən Degostini kampaniyası ilə əlaqə saxlayan MEK kampaniyanın məhsulu olan miniatür kitabları əldə etmək üçün oranın üzvü olub. Əldə olunan razılaşmaya əsasən kampaniya dünya ədəbiyyatının şedevrləri silsiləsindən 20 ədəd miniatür kitabı kitabxanaya göndərib. Göndərilən kitabların içərisində F.Dostoyevskiy “İqrok”, A.İ.Qersenin “Kto vinovat?”, A.K.Tolstoyun “İzbrannoe”, S.T.Aksakovun “Semeynaya xronika”, D.İ.Fonzivinin “Briqadir”, İ.S.Turqenevin “Zapiski oxotnika”, A.İ.Kuprinin “Poedinok”, İ.S.Turqenevin “Zapiski oxotnika”, A.Fransın “Vostanie anqelov”, M.Qorkinin “Meşane” və s. müəlliflərin əsərləri yer alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: