Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli Azərbaycan alimi Abas Çayxorskinin kitabı Neft-Kimya Prosesləri İnstitutu tərəfindən nəşr olunub
29.10.2019 09:49
  • A-
  • A
  • A+

Görkəmli Azərbaycan alimi Abas Çayxorskinin kitabı Neft-Kimya Prosesləri İnstitutu tərəfindən nəşr olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Proseləri İnstitutunun 90 illik yubileyinin tədbirlər planına əsasən, dahi Azərbaycan alimi, kimya elmlər doktoru, professor Abas Çayxorskinin “Kimyəvi elementlərin dövri sisteminin quruluşunun yeni variantı” kitabı nəşr olunub. 

Azərbaycan, rus və ingilis dillərində çap olunan kitabın 3–10-cu səhifələrində alim haqqında maraqlı məlumatlar yer alıb.

Nəşr kimyaçılar, o cümlədən şagird və tələbələr, doktorantlar, elmi-tədqiqat işi aparan mütəxəssislər və kimya müəllimləri üçün faydalı vəsaitdir.

Abas Çayxorskinin kitabı, həmçinin bu il dünya miqyasında qeyd olunan "Kimyəvi Elementlərin Dövrü Qanunu"nun kəşfinin 150 illiyinə dəyərli töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: