Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

XX əsrin istedadlı şairi Novbərinin dini şeirləri çapdan çıxıb
29.10.2019 16:37
  • A-
  • A
  • A+

XX əsrin istedadlı şairi Novbərinin dini şeirləri çapdan çıxıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “Novbəri” təxəllüslü istedadlı şair Kərbəlayi Qara Əliyevin (1885-1967) şəxsi arxivində mühafizə olunan əlyazma əsərləri çap olunub.

Müəllifin kitaba daxil olan şeirləri – növhə və sinəzənlər (ağı, matəm nəğməsi) ilk dəfə nəşr edilib. 

Kitabı tərtib edən, nəşrə hazırlayan və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Cabbarlıdır. Nəşrin redaktoru filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov, rəyçisi Rauf Şeyxzamanovdur.

Şairin növhələrinin avtoqraf nüsxəsi də kitaba daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: