Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək
31.10.2019 14:51
  • A-
  • A
  • A+

“Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək

Dekabrın 1-də Bakı Dövlət Universitetində (BDU) “Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək.

Olimpiadanın təşkilatçıları BDU, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi və AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasıdır.

Layihənin məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi, cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsidir. Olimpiadada Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin IX-X sinif şagirdləri iştirak edə bilərlər.

Qeyd edək ki, olimpiada Təhsil Nazirliyinin “İnkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi” çərçivəsində həyata keçiriləcək, qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.

İştirak etmək üçün aşağıdakı linkdən və ya təşkilatçıların internet səhifələrindən qeydiyyatdan keçmək olar: http://bsu.edu.az/az/news/bduda_mktblilraras_astronomiya_olimpiadas_keirilck

Qeydiyyat noyabrın 10-u saat 23:59-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: