Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2019 15:07
  • A-
  • A
  • A+

AMEA-da mülki müdafiəyə dair maarifləndirmə işləri genişləndirilir

AMEA-da mülki müdafiəyə dair maarifləndirmə işləri genişləndirilir

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

E.Quliyev AMEA-da mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə başçısının 18 aprel 1998-ci il tarixli Fərmanı, Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarı, Fövqəladə Hallar Nazirliyinin (FHN) tövsiyələri və akademiyanın Tədbirlər Planına əsasən təşkil olunduğunu bildirib. Qeyd edib ki, cari ildə fövqəladə hadisələr zamanı rəhbər və komandir-rəis heyətinin, o cümlədən MM qüvvələrinin hazırlanması məqsədilə elmi müəssisə və təşkilatlarda Mülki Müdafiə, eləcə də xəbərdarlıq və toplanış məşqləri keçirilib. O, seminar və məşqlər zamanı AMEA əməkdaşlarına fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq, fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək, yanğın təhlükəsizliyi, eləcə də ilk tibbi yardım göstərilməsi qaydalarını mənimsəmək və onu tətbiq etməyi bacarmaq istiqamətində maarifləndirmə işləri aparıldığını söyləyib.

E.Quliyev bununla bərabər bəzi müəssisələrdə yoxlamaların aparıldığını, maarifləndirmə işlərinin 2019-cu il MM Tədbirlər Planına uyğun keçirilmədiyini və tədris prosesinin yaxşı təşkil edilmədiyini bildirib, nöqsanların aradan qaldırılması, eləcə də MM qərargah rəislərinin yerlərdə fəaliyyətinin təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlarını çatdırıb. Şöbə rəisi, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılmasında mövcud çatışmazlıqların aradan qaldırılması və illik hesabatların vaxtında hazırlanması barədə göstəriş verib.

Sonra şöbənin baş mütəxəssisi Oqtay Fərzəliyev çıxış edərək 2020-ci ilin aprel ayında mülki müdafiənin vəziyyətinin kompleks yoxlanılacağını deyib, bu istiqamətdə müvafiq tövsiyələrini çatdırıb.

İclasda, o cümlədən oktyabr ayında keçirilmiş Rəhbər Heyətin MM məşqləri və Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri haqqında MM qərargah rəislərinin məlumatları dinlənilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: