Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“EaPEC 2020” konfransına hazırlıq məsələləri müzakirə edilib
06.11.2019 16:00
  • A-
  • A
  • A+

“EaPEC 2020” konfransına hazırlıq məsələləri müzakirə edilib

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəri Leoni Şafer, GEANT-ın Marketinq və Kommunikasiya üzrə Xüsusi Maraq Qrupunun koordinatoru Laura Durnford və “EaPEC 2020” konfransının təşkilat komitəsinin üzvləri Nerinqa Cakvayz və Steffie Bosmanla görüşüb.

Görüşdə akademik Rasim Əliquliyev Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, layihə Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən elektron elm infrastrukturunun yaradılmasını və bu ölkələrdə fəaliyyət göstərən milyonlarla alim, müəllim heyəti və tələbənin yüksəksürətli, genişzolaqlı İnternet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsini nəzərdə tutur.

R.Əliquliyev 2020-ci ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı”ndan da bəhs edərək, tədbirdə Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində elm və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədilə e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunacağını bildirib. 

Konfransın ölkəmizin alim və mütəxəssisləri üçün geniş imkanlar açacağını deyən alim rəhbərlik etdiyi elmi müəssisənin bu tədbirin təşkilində yaxından iştirak edəcəyini söyləyib.

Görüşdə, həmçinin GEANT Assosiasiyası və onun xidmətləri, GN4-3 və GN4-3N layihələrinə dair müzakirələr aparılıb. Bundan başqa, GEANT-ın 2022-ci ilədək həyata keçirilməsi nəzərdə tutulan GN4-3 və GN4-3N layihələri barədə məlumat verilib. Yeni xidmətlərin layihələndirilməsi, əməliyyat xidmətlərinin təmin olunması və beynəlxalq əməkdaşlığın təşkili istiqamətlərinin GN4-3 layihəsinin əsas fəaliyyət istiqamətləri olduğu bildirilib.

Sonda geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: