Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şəki Regional Elmi Mərkəzinin mütəxəssisləri Yaponiyada keçirilən XXV Beynəlxalq İpəkçilik Konqresində iştirak ediblər
21.11.2019 17:42
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin mütəxəssisləri Yaponiyada keçirilən XXV Beynəlxalq İpəkçilik Konqresində iştirak ediblər

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və qurumun elmi işçisi Zərintac Şükürova Yaponiyanın Tsukuba şəhərində keçirilən XXV Beynəlxalq İpəkçilik Konqresində iştirak ediblər.

Beynəlxalq tədbirdə azərbaycanlı alimlər “Bombyx mori L ipəkqurdu fibroininin ifrat-molekulyar quruluşuna və termik xassələrinə selenin təsiri" və “Böyük Tovuzgözlü vəhşi ipəkqurdu cinsinin Azərbaycanda ipəkçiliyin bir qolu kimi inkişaf perspektıvləri” mövzusunda elmi məruzələrlə çıxış ediblər.

Hər iki məruzə iştirakçıların böyük marağına səbəb olub, ŞREM əməkdaşlarının əldə etdikləri yeniliklər və nəticələr yüksək qiymətləndirilib. Tədbirdə gələcəkdə Yaponiyanın alim və mütəxəssisləri ilə birgə tədqiqatların aparılmasına dair razılıq əldə olunub, bu istiqamətdə müqavilənin imzalanması qərara alınıb.

Qeyd edək ki, əldə olunan nəticələr Azərbaycanda ipəkçiliyin innovativ üsul və vasitələrlə inkişaf etdirilməsinə, ipəkçilik məhsullarının tətbiqi perspektivlərinin genişləndirilməsinə imkanlar yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: