27 noyabr 2019-cu il tarixində saat 15:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Molla Nəsrəddin lətifələrinin nəzəri-metodoloji kontekstdə araşdırılmasına həsr edilən “Molla Nəsrəddin lətifələri: müasir elmi yanaşmalar və milli folklorşünaslıq təcrübəsi” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Folklor İnstitutunun təşkilatçılığı ilə baş tutacaq tədbirdə “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının təqdimatı da nəzərdə tutulub.
Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 115
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.