Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Polimer Materialları İnstitutunda magistrant, doktorant və dissertantların attestasiyası keçirilib
03.12.2019 15:02
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda magistrant, doktorant və dissertantların attestasiyası keçirilib

AMEA-nın Polimer Materialları İnstitutunda təhsil alan magistrant, doktorant və dissertantların attestasiyası keçirilib.

İnstitutda təhsil alan 2 magistrant, elmlər doktoru hazırlığı üzrə 6 dissertant, fəlsəfə doktoru hazırlığı üzrə 15 doktorant və dissertant qurumun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovun 18 noyabr 2019-cu il tarixli əmri ilə yaradılmış Attestasiya Komissiyası qarşısında 2019-cu il ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri barədə hesabat veriblər.

İclasda magistrant, doktorant və dissertantların il ərzində beynəlxalq və respublika səviyyəli elmi konfranslarda iştirakı və çap olunmuş məqalələri müzakirə edilib.

Tədbirdə institutun elmi istiqamətlərinə uyğun olaraq aparılan tədqiqatların daha da genişləndirilməsi və dünyanın nüfuzlu elmi bazaları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının zəruriliyi qeyd olunub. Həmçinin elmi məqalələrin beynəlxalq bazalara daxil olan jurnallarda dərc olunmasının əhəmiyyətli məsələlərdən olduğu bildirilib.

Sonda Attestasiya Komissiyasının üzvlərinin təklif və tövsiyələri dinlənilib, fərdi iş planlarında nəzərdə tutulan işləri tam həcmdə yerinə yetirmiş magistrant, doktorant və dissertantların növbəti ildə təhsillərini davam etdirmələri qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: