Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın elmi-tədqiqat institutlarında beynəlxalq laboratoriyalar təsis ediləcək
18.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın elmi-tədqiqat institutlarında beynəlxalq laboratoriyalar təsis ediləcək

AMEA Rəyasət Heyətinin iclasında qurumun elmi-tədqiqat institutlarında beynəlxalq tədqiqat laboratoriyalarının təsis edilməsi haqqında qərar qəbul edilib. Belə ki, AMEA Geologiya və Geofizika İnstitutunda İtaliyanın Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutu ilə birgə geofiziki və ekoloji proseslərin statistik metodlarla təhlili istiqamətində tədqiqatlar aparmaq məqsədilə “Zəlzələnin məkan-zaman təhlili və təhlükə” beynəlxalq laboratoriyası yaradılıb.

Rəyasət Heyətinin digər qərarı ilə isə AMEA-nın Botanika İnstitutu ilə ABŞ-ın Elm və Texnologiya üzrə Ayova Dövlət Universiteti arasında “Meşə mikologiyası və patologiyası” adlı birgə əməkdaşlıq laboratoriyası yaradılıb. Laboratoriya müştərək şəkildə göbələklər aləminin öyrənilməsi, onların tədqiqi işlərinin ən müasir elmi səviyyədə aparılması, meşə ekosistemlərinin mühafizəsi və bərpasına xidmət edəcəkdir.

İclasda, həmçinin AMEA Botanika İnstitutu və Nəbatat Bağı ilə Almaniyanın Frankfurt Universiteti arasında “Biomüxtəliflik və iqlim dəyişkənliyi” adlı laboratoriyanın yaradılması qərara alınıb. Burada iqlimin təsiri altında bitki müxtəlifliyində baş verən dəyişkənliklərin öyrənilməsi, Azərbaycanın zəngin yabanı bitki aləminin qorunması, növlərinin təbiətdə saxlanılması və səmərəli istifadəsinə xidmət edəcək. Bununla yanaşı, əməkdaşlıq yüksək metodoloji biliklərə malik gənc və ixtisaslı mütəxəssislərin formalaşmasına da imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: