Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.12.2019 16:10
  • A-
  • A
  • A+

Akademik Teymur Kərimli Moldovada Nəsimiyə həsr olunan tədbirdə iştirak edib

Akademik Teymur Kərimli Moldovada Nəsimiyə həsr olunan tədbirdə iştirak edib

Moldovanın paytaxtı Kişinyov şəhərində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Nəsimi dünya dilində” mövzusunda tədbir keçirilib.

Konfrans Moldovanın Təhsil, Mədəniyyət və Tədqiqat Nazirliyi, Moldova Milli Kitabxanası, Azərbaycanın Moldovadakı səfirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə baş tutub.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin iştirak etdiyi tədbirdə Nəsiminin əsərlərindən ibarət sərgi də təşkil olunub. T.Kərimli konfrans çərçivəsində bir çox tanınmış alimlərlə görüşüb, Nəsimi yaradıcılığına dair müzakirələr aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: