Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Dilçilik İnstitutu ilə REA Linqvistik Araşdırmalar İnstitutu arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb
19.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Dilçilik İnstitutu ilə REA Linqvistik Araşdırmalar İnstitutu arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb

AMEA Dilçilik İnstitutu ilə Rusiya Elmlər Akademiyası Linqvistik Araşdırmalar İnstitutu arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində razılıq əldə olunub. Bu məqsədlə institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev və Rusiya Elmlər Akademiyası Linqvistik Araşdırmalar İnstitutunun direktoru akademik N.N.Kazanski müqavilə imzalayıblar.

Müqavilədə linqvistik araşdırmalar sahəsində birgə tədqiqatlar, kadr hazırlığı sahəsində müştərək işlər, birgə konfrans, seminar, ekspedisiya və digər tədbirlərin təşkili, məlumat və elmi texnologiya sahəsində mübadilə məsələləri öz əksini tapıb.

5 il müddətinə imzalanmış müqavilədə tərəflərin məlumat bazası, kitabxana, arxiv və fondlardan istifadə üçün şəraitin təmin olunması da nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: