Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın vitse-prezidenti Polşada keçirilmiş beynəlxalq konfransda iştirak edib
22.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın vitse-prezidenti Polşada keçirilmiş beynəlxalq konfransda iştirak edib

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Polşada keçirilmiş “Geopetrol-2014” adlı beynəlxalq elmi-texniki konfransda iştirak edib.

Krakov Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransın məqsədi neft-qaz sahəsində yeni istiqamətlərdə aparılan elmi-tədqiqat nəticələrini təqdim etmək və müvafiq müzakirələr aparmaq idi.

Tədbir Avropa İttifaqına daxil olan, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrinin müvafiq təşkilat və mütəxəssisləri arasında əməkdaşlığın daha da inkişafına xidmət edib.

Konfrans çərçivəsində ənənəvi və qeyri-ənənəvi yataqlar, neft və qazın əlavə metodlarla hasilatı, neft quyularının qazılması və öyrənilməsi, karbohidrogen yataqlarının modelləşdirilməsi, dənizdə karbohidrogen yataqlarının araşdırılması və ətraf mühitin qorunması kimi məsələləri əks etdirən neft-qaz sərgiləri nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: