Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
19.12.2019 11:17
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinə aparıcı elmi işçi vəzifəsinə 2 yer, Şəxsi arxivlərin tədqiqiKitabşünaslıq və biblioqrafiyaşünaslıq şöbələrinə aparıcı elmi işçi vəzifəsinə 1 yer, həmçinin Əlyazmaların bərpası və gigiyenası laboratoriyasına aparıcı elmi işçi vəzifəsinə 1 yerdir.

Müsabiqədə uyğun ixtisaslar üzrə ali təhsili olan və elmi tədqiqatlar aparan, müvafiq elm sahələri üzrə elmi dərəcəsi olan və elmi nəticələri nüfuzlu jurnallarda dərc edilən, iş təcrübəsi olan ixtisaslı mütəxəssislər iştirak edə bilər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən etibarən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 26, II mərtəbə, 30-cu otaq.

Tel.: (+994 12) 505 68 93.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: