Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

ABŞ-ın Florida Universitetinin professoru AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda olub
19.12.2019 14:46
  • A-
  • A
  • A+

ABŞ-ın Florida Universitetinin professoru AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda olub

ABŞ-ın Florida Universitetinin professoru, azərbaycanlı alim Nazim Muradov AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olub.

Nazim Muradov institutun direktoru, akademik Vaqif Abbasov, elmi işlər üzrə direktor müavini, tex.ü.f.d. Təranə Məmmədova və baş elmi işçi Elmira Süleymanova ilə görüşüb.

Görüşdə hidrogen enerjisi, biokütlənin sərbəst halda və ağır neft qalıqları ilə birgə müasir emal texnologiyaları üzrə müzakirələr aparılıb, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Qeyd edək ki, həmvətənlimiz Florida Universitetində 20 ildən çoxdur fəaliyyət göstərir və dünyanın bir çox ali məktəblərində hidrogen energetikasına dair mühazirələrlə çıxış edib. Nazim Muradov 1990-cı ilədək NKPİ-də çalışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: