Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Elmi Kitabxana Abdulla Şaiqin mənzil-muzeyi tərəfindən verilən sənədləri rəqəmsallaşdırıb
27.12.2019 10:17
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana Abdulla Şaiqin mənzil-muzeyi tərəfindən verilən sənədləri rəqəmsallaşdırıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Abdulla Şaiqin mənzil-muzeyi görkəmli şair, dramaturq və pedaqoq Abdulla Şaiqin yaradıcılığına dair fondlarını elektron kataloq və bazada birləşdirərək mübadilə ediblər. Bazada 100-dən artıq kitab və 50-dən çox məqalə yer alır.

Bu münasibətlə keçirilən tədbirdə Abdulla Şaiqin mənzil-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, yazıçının nəvəsi Ülkər Talıbzadə rəqəmsal sənədlərin şairin əsərlərinin gələcək nəsillər üçün qorunub saxlanılması işində əhəmiyyətindən danışıb. O, kitabxana ilə muzey arasında əlaqələri yüksək qiymətləndirib.

MEK-in direktoru, t.ü.f.d. Leyla İmanova isə çıxışında rəqəmsallaşdırılmış sənədlərin kitabxananın Milli Rəqəmsal Yaddaş bazasında 20 minə yaxın sənəd arasında yer aldığını və mühafizə olunduğunu deyib. 

Daha sonra mənzil-muzey tərəfindən tərtib olunmuş “İbrət və müqabilə, yaxud ümmətlər ixtilafı”, “Əgər Şaiq olmasaydı” və “Kamal Talıbzadə. Kübarlıq məktəbi” kitabları MEK-ə təqdim edilib.

Sonda qonaqlar kitabxana-xidməti və rəqəmsallaşdırma şöbələrinin fəaliyyəti ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: