Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.01.2020 11:30
  • A-
  • A
  • A+

AMEA-da magistrantların qış imtahan sessiyası davam edir

AMEA-da magistrantların qış imtahan sessiyası davam edir

AMEA-nın elmi müəssisə və təşkilatlarında təhsil alan magistrantların qış imtahan sessiyası davam edir.

Belə ki, Aşqarlar Kimyası İnstitutunun “Üzvi kimya” ixtisası üzrə magistrantları “Zərif üzvi sintez I” fənnindən, Genetik Ehtiyatlar İnstitutunun magistrantları isə “Biologiya” və “Aqronomluq” ixtisaslarlarından yazılı imtahan veriblər. Zoologiya İnstitutunda baş tutan imtahanda “Onurğalılar zoologiyası” ixtisası üzrə II kurs magistrantdan “Herpetologiya” fənnindən imtahan götürülüb. İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində isə qurumun magistrantları “Kompüter mühəndisliyi”, “Kompüter elmləri” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisaslarından imtahan veriblər.

Qeyd edək ki, qış imtahan sessiyası yanvar ayının sonunadək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: