Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qafqazşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
14.01.2020 15:13
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AMEA-nın Qafqazşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan dəyirmi masa keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı 20 Yanvar faciəsinin xalqımızın tarixinə qanlı və eyni zamanda, qəhrəmanlıq, şərəf səhifəsi kimi yazıldığını qeyd edib. O, baş verən siyasi proseslərdən bəhs edərək, faciənin əsas səbəblərinə toxunub.

M.Qasımlı bildirib ki, yalnız ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, törədilən bu cinayəti qətiyyətlə pisləyib və bəyanatla çıxış edib. Sonrakı illərdə ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirib və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verib.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov və digərləri çıxış edərək baş verən hadisənin Azərbaycan xalqına qarşı törədilən cinayət və açıq təcavüz olduğunu söyləyib, 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: