www.science.az
15.01.2020 18:26

“Cahana sığmayan Azərbaycan şairi” kitabı üç dildə nəşr olunub

AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Cahana sığmayan Azərbaycan şairi” kitabı Azərbaycan, rus və ingilis dillərində çapdan çıxıb.

Nəşrdə İsa Həbibbəylinin görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına, əsərlərinin tədqiqi və nəşrinə dair tədqiqatları ümumiləşdirilib.

Kitabın elmi redaktoru, filologiya üzrə elmlər doktoru Fəridə Əzizova, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

Tədqiqat əsərində “Nəsimi ili”ndə AMEA-da çap olunmuş kitabların siyahısı və “Nəsimi ili” şeiri yer alıb. Bundan əlavə, oxucular kitabın “Şəkil də bir tarixdir” bölümündə il ərzində Nəsimi ilə bağlı təşkil edilmiş tədbirlərdən fotolarla tanış ola bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.