www.science.az
15.01.2020 18:40

Akademik Yaqub Mahmudov Beynəlxalq Atatürk Mükafatına layiq görülüb

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə Beynəlxalq Atatürk Mükafatına layiq görülüb.

Tarixçi alimə bu mükafat türk dünyası elmi və təhsilindəki böyük xidmətlərinə görə verilib.

Tarix İnstitutunun Elmi şurasının iclasında mükafatın diplomu, döş nişanı və üzərində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün şəkli olan xatirə plaketi Yaqub Mahmudova təqdim edilib.

Xatırladaq ki, Y.Mahmudov bundan əvvəl Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası elminə verdiyi böyük töhfələrə görə akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.