www.science.az
24.09.2014 00:00

Yer Elmləri Bölməsinin növbəti iclası keçiriləcək

Sentyabrın 25-də saat 14:00-da AMEA Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin növbəti iclası keçiriləcək.

Tədbirdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun “İqlim dəyişlikləri və Xəzər dənizinin problemləri” mövzusunda məruzəsi dinləniləcək.

İclasda, həmçinin AMEA-nın 70 illiyi ilə əlaqədar Azərbaycan Təbiət Möcüzələri kitabının hazırlığı ilə bağlı müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.