www.science.az
24.09.2014 00:00

“Əbdürrəhman Cami və müasirlik” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 25-də saat 10:30-da AMEA-nın Əsas binasında fars-tacik alimi və şairi Əbdürrəhman Caminin 600 illik yubileyinə həsr olunmuş “Əbdürrəhman Cami və müasirlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə Azərbaycanla yanaşı, Tacikistan, İran və Əfqanıstandan olan alimlər məruzələrlə çıxış edəcəklər. Cami yaradıcılığı ətrafında ədəbi, fəlsəfi müzakirələr aparılacaq.

Qeyd edək ki, tədbir AMEA və Tacikistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.