Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.01.2020 15:40
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda şəhid alimlərin xatirəsi anılıb

Polimer Materialları İnstitutunda şəhid alimlərin xatirəsi anılıb

AMEA-nın Polimer Materialları İnstitutunda (PMİ) 20 Yanvar hadisələri zamanı şəhid olan alimlərin xatirəsi anılıb.

Belə ki, institutun əməkdaşları, professorlar İbrahim İbrahimov, Svetlana Məmmədova və İsmayıl Mursaqulov 1990-cı il yanvarın 24-də Bakı-Quba yolunda Sovet ordusunun Azərbaycana yeridilən böyük kontingentinin hərbi texnikasının hücumuna məruzə qalıblar. İ.İbrahimov və S.Məmmədova hadisə yerində, İ.Mursaqulov isə xəstəxanada dünyalarını dəyişiblər. 

Anım tədbiri çərçivəsində PMİ-nin alimləri Şəhidlər xiyabanını, o cümlədən Bakı-Quba yolunda şəhid alimlərin xatirəsinə qoyulan abidəni ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: