www.science.az
27.01.2020 18:32

Ukrayna Elm və Texnologiya Mərkəzi 2020-ci il üçün doktorluq qrantı elan edir

Ukrayna Elm və Texnologiya Mərkəzi 2020-ci il üçün doktorluq tədqiqat qrantı proqramı elan edir.

Tədqiqat kimya, biologiya, radiologiya və ya nüvə silahlarının yayılmaması, strateji ticarətin idarə edilməsi, eləcə də milli və beynəlxalq ticarətin nəzarəti sistemləri kimi sahələri əhatə edir. 

Proqramda Azərbaycan, Gürcüstan və Moldova universitetlərində magistr dərəcəsi almış tələbələr (vətəndaşlığından asılı olmayaraq) iştirak edə bilərlər. Müraciət etmək istəyənlər Avropa İttifaqı (Aİ) və ya Avropa İqtisadi Zonası (AİZ) universitetlərinin doktorluq proqramında qeydiyyatdan keçərək iki elmi rəhbər seçməlidirlər. Onlardan biri Aİ və ya AİZ tərəfdən, digəri isə Azərbaycan, Gürcüstan və ya Moldova tərəfdən seçilməlidir. 

Müraciətlər aprelin 20-dək qəbul olunur.

Daha ətraflı məlumatı http://www.stcu.int/news/index.php?id=513 linkində almaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.