Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

AMEA-nın gənc alimi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun təqaüdünü qazanıb
28.01.2020 15:34
  • A-
  • A
  • A+

AMEA-nın gənc alimi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun təqaüdünü qazanıb

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Geoloji mühitin radiometriyası şöbəsinin mühəndisi Fuad Əliyev Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) ezamiyyətdə olub.

Gənc alim Azərbaycan Milli Elmlər Akademiyası ilə BNTİ arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində tədqiqatlar aparıb. O, tədqiqatlar zamanı Böyük Qafqazın cənub-şərq hissəsində yerləşən geoloji çıxışlardan götürülmüş çökmə süxurlarının element tərkibini neytron-aktivləşmə analizi vasitəsi ilə təyin edib.

Əldə olunan nəticələr BNTİ-nin İ.M.Frank adına Neytron fizikası laboratoriyasında gənc alim və mütəxəssislər arasında keçirilən İ.M.Frank adına təqaüd müsabiqəsinə təqdim olunub.

Müsabiqənin yekun nəticələrinə əsasən F.Əliyevin araşdırması birinci yerə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: