Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Azərbaycan ədəbiyyatşünaslığı" jurnalının yeni sayı çapdan çıxıb
28.01.2020 16:51
  • A-
  • A
  • A+

"Azərbaycan ədəbiyyatşünaslığı" jurnalının yeni sayı çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan ədəbiyyatşünaslığı" jurnalının 2019-cu ilə olan sonuncu nömrəsi işıq üzü görüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı"na daxil olan jurnalın baş redaktoru AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli, məsul katibi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır.

Nəşrin bu sayında akademik İsa Həbibbəylinin "Azərbaycan xalq yazıçısı: Hüseyn İbrahimov", filologiya elmləri doktoru Əlizadə Əsgərlinin "Qəzənfər Paşayevin "Seçilmiş əsərləri"nin oncildliyinə xülasə", filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlovanın "Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasında tarixi şəxsiyyətlər", filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlinin "Xalqın sevgisinə sadiq qalan şair-vətəndaş", filologiya elmləri doktoru Alxan Bayramoğlunun "Molla Nəsrəddin"in ədəbiyyat maraqlılarına müjdəsi və Abdulla Surun "məktub"u adlı məqalələri yer alıb.

Jurnalda, həmçinin Allahverdi Məmmədlinin "Cəlil Məmmədquluzadənin nəsri azərbaycançılıq kontekstində", Tənzilə Rüstəmxanlının "Şəxsiyyətə pərəstiş dövrünün sonu və Bəxtiyar Vahabzadə yaradıcılığı", Sevil Həsənovanın "Hüseyn Cavidin romantiklərə və realistlərə münasibəti", Nərgiz Qəhrəmanovanın "1930-cu illərdə Azərbaycanda ədəbi mühit və Rəsul Rzanın "Qızılgül olmayaydı" poeması", Yədulla Dadaşlının "Azərbaycan təzkirələrinin tədqiqi tarixi" və digər elmi məqalələr dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: