Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Dilçilik İnstitutunda Gənclər Günü qeyd edilib
31.01.2020 11:41
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda Gənclər Günü qeyd edilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə institutun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycanda gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətindən danışan M.Nağısoylu bildirib ki, bu sahə ilə bağlı imzalanan fərmanlar, sərəncamlar, qəbul edilən proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm amilə çevrilib.

Sonra müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Allahverdiyeva dövlətin uğurlu siyasəti nəticəsində gənc alimlərin elmi-ictimai həyatın bütün sferalarında fəal iştirak etdiklərini deyib. Gənclərin elmi-mədəni, siyasi, humanitar və digər tədbirlərin reallaşmasında mühüm rol oynadığını söyləyən A.Allahverdiyeva institutda bu istiqamətdə həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov və digərləri  çıxış edərək gənclərin elmi yaradıcılığı və fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıblar.

Sonda institutun ictimai və elmi həyatında səmərəli fəaliyyətinə görə bir qrup gənc Fəxri fərmanla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: